“Pandemiyanın yeni surprizləri ola bilər“   - Tanınmış həkimdən ehtiyatlı davranış tövsiyəsi

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiyanın yeni surprizləri ola bilər“ - Tanınmış həkimdən ehtiyatlı davranış tövsiyəsi

Sosial

27 Noyabr 2021 11:20 1522


Avropada koronavirusun növbəti dalğası başlayıb, hər gün Köhnə Qitədə üç sıfırlı yoluxma və iki sıfırlı ölüm halları qeydə alınıb. Eyni zamanda, avropalılar COVID pasportuna etiraz edirlər.

Yenisabah.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, bütün dünyada kollektiv immunitetin yaranması problemi var:

“Pandemiya hələ də bitməyib. Mutasiya davam edir və hər bir mutasiya olunmuş ştamm yeni davranış sərgiləyir. Əslində, bütün dünyada kollektiv immunitetin yaranması problemi var. Dünyada COVID-lə bağlı vəziyyətin stabilləşməsi üçün heç olmasa əhalinin 60-70 faizi peyvənd olunmalıldır. Bunun üçün bir neçə il tələb olunur”. Toyuqlu pizza

Həkimin sözlərinə görə, vaksinasiya olunmuş şəxslər xəstələnsə belə, xəstəliyi nisbətən yüngül keçirirlər:

“Hazırda iki ştammın bir insanda tapılması halları var ki, bu çox ciddi narazılıq doğurur. Hətta peyvənd olunanlarda belə koronavirusa yoluxma bununla izah olunur. Digər tərəfdən, təcrübə göstərir ki, peyvənd olunmuş şəxslər xəstələnsə belə, xəstəliyi nisbətən yüngül keçirir”.

A.Qeybulla qeyd edib ki, infeksiyanı 2022-ci ilə adlama şansı yüksəkdir:

“Operativ Qərargah lazımınca tədqiqat işini qurub, insanlara bunu başa sala bilməyib. Düzgün informasiya, təbliğat olmayandan sonra onun yerinə həmişə bu cür şayiələr peyda olur. İnsanlar da bu cür şayiələrə uyurlar. 

Əvvəllər təlaş çox idi. İndi müəyyən qədər adaptasiya var. İnsanlar xəstəliklə yaşamağa öyrəşiblər. Amma pandemiyanın hələ hansı davranış sərgiləyəcəyini, hansı surprizlərin olacağını bilinmir. Dünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında sinxron hərəkət etməliyik. Bununla bütövlükdə əhalimizi qoruya bilərik”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!