“Papanin“ sökülür: Sakinlər şərtlərdən razıdır? - Video

saytların hazırlanması

Evə çatdırılma

“Papanin“ sökülür: Sakinlər şərtlərdən razıdır? - Video

Sosial

23 Oktyabr 2022 10:19 2880


Bakının "Papanin" adı ilə tanınan məhəlləsində fərdi yaşayış evlərinin sökülməsinə başlanıb.

Yenisabah.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, Cəlil Məmmədquluzadə, Novruzov qardaşları, Həsən əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində ümumilikdə 4 hektardan artıq ərazidəki fərdi evlərin sökülməsi, əvəzinə hündürmərtəbəli yaşayış binalarının tikilməsi planlaşdırılır.

Ərazidə hələlik söküntü, gələcəkdə isə tikinti işləri aparacaq MTK-dan bildirildi ki, layihəyə uyğun olaraq burada 16 mərtəbəli 11 binanın tikintisi nəzərdə tutulur Sezar pizza

Razılıq əldə olunanlar kirayəyə köçürülür. Onlara binalar tikildikdən sonra evlərin veriləcəyi bildirilib.

Bununla belə, hələlik şirkətlə razılığa gəlməyənlər də var. Bəzi sakinlər şərtlərin onların dediyi kimi olmasını istəyirlər.

MTK-nın direktoru Aslan Quliyev bildirdi ki, sakinlərə hazırda yaşadıqları fərdi evlərin sahəsindən minimum 20% artıq mənzillər təklif edilir. Tamamilə qapalı olması nəzərdə tutulan kompleksdə 3 hektarlıq parkın, əyləncə mərkəzlərinin və digər zəruri infrastrukturun olacağı bildirilib

Qeyd edək ki, ümumilikdə söküntü və tikinti işlərinin 3 il ərzində tam sona çatdırılması hədəflənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!