Paşinyan: Bu, Azərbaycanla sülhün bərqərar olması nəticəsində baş verir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Bu, Azərbaycanla sülhün bərqərar olması nəticəsində baş verir

Dünya

02 Oktyabr 2026 15:29 91


Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsindən söz açıb.

"Yeni Sabah" xəbər xəbər verir ki, o, layihəni "Sülh Kəsişməsi"nın əsas komponentlərindən biri adlandırıb.

Paşinyanın sözlərinə görə, TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin açılmasına imkan verəcək. Marqarita pizza

Baş nazir qeyd edib ki, layihə Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya edəcək və Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqəsinin yaradılması imkanını yaradacaq.

N.Paşinyan layihənin həyata keçirilməsini nəqliyyat əlaqələri sahəsində "əlamətdar hadisə" adlandırıb: "Bu, nəqliyyat əlaqələri sahəsində əlamətdar bir hadisə, Ermənistan, Azərbaycan, Gürcüstan və İran üçün oyun dəyişdiricisi olacaq".

O bildirib ki, bu proses Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması nəticəsində baş verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!