Paşinyan COP17-nin anonsunu verdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan COP17-nin anonsunu verdi

Dünya

20 İyul 2025 22:18 500


Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasına (COP17) Tərəflərin 17-ci Konfransının keçiriləcəyi tarixlərin artıq təsdiqləndiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, konfrans 2026-cı il oktyabrın 18-dən 30-dək İrəvanda keçiriləcək.

“Biz Ermənistandakı bütün iştirakçıları və maraqlı tərəfləri biomüxtəlifliyin qorunub saxlanması səylərini birgə inkişaf etdirmək üçün salamlamağı səbirsizliklə gözləyirik”, - deyə Paşinyan sosial media hesabında qeyd edib. Pepperoni pizza

COP17-də dünyanın müxtəlif ölkələrindən nümayəndə heyətlərinin, o cümlədən hökumətlərin, akademik dairələrin, ətraf mühit təşkilatlarının və biznes qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!