“Paşinyan payıza qədər sazişi imzalaycaq...“ - Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan payıza qədər sazişi imzalaycaq...“ - Erməni nəşri

Rəsmi

01 İyun 2022 12:57 924


"Bir aydan artıqdır fəaliyyət göstərən "Müqavimət" hərəkatı iqtidarın istəyinin əksinə olaraq “sönmür”, lakin ola bilsin ki, yaxın günlərdə itaətsizlik aksiyalarının bu mərhələsinin başa çatdığını elan edəcək".

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edir:

"Hərəkata daxil olan siyasi qüvvələr tanınmır, lakin onlar hesab edirlər ki, yeni şüarlar irəli sürülməli, yeni simalar təqdim olunmalı, yeni ssenarilər hazırlanmalı və bunun üçün müəyyən fasilə verilməlidir.

Hazırda "Daşnaksütyun" hərəkatın lokomotividir və müqaviməti İşxan Saqatelyan vasitəsilə əlaqələndirir. Hətta Respublika Partiyasının üzvləri də günün hadisələri, hərəkətləri, addımları barədə son anda məlumatlandırıldıqlarını gizlətmirlər.

Mənbələrimiz bildirirlər ki, yaxın həftələrdə taym-aut elan olunacaq və bundan əvvəl hərəkatın təşəbbüskarları nə edib, nə etmədikləri ilə bağlı hesabat təqdim edəcəklər. Sonuncular hesab edir ki, son ayların mübarizəsi nəticəsində Ermənistanın və Qarabağın maraqlarına uyğun olmayan sənədlərin imzalanması təxirə salınıb və bu, hərəkatın qələbəsidir.

Müqavimət hərəkatı da mübarizənin başqa formalarda olacağını və təhlükənin artacağı təqdirdə yenidən küçələrə qayıdacaqlarını açıqlayacaq. Küçələrə qayıtma vaxtı ilə bağlı isə fikirlər müxtəlifdir: bəziləri Paşinyan payıza qədər sənədi imzalamayacağına inandırır, bəziləri proseslərin o qədər sürətlə inkişaf etdiyini iddia edir ki, yayın istisindən istifadə edərək Paşinyan payızı gözləməyəcək, təcili olaraq daha bir xain sənədə imza atacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!