Paşinyan Sarkisyanı   HƏDƏLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Sarkisyanı HƏDƏLƏDİ

Dünya

08 Noyabr 2025 10:50 295


“SS (Paşinyan Serj Sarkisyanı belə təqdim edib-red.) yenidən danışıqlar sənədlərindən söhbət açıb”.

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın açıqlamasında səsləndirdiyi fikirlərə cavabında deyib.

Paşinyan qeyd edib ki, danışıqlar tarixçəsinin 2019-cu ili də əhatə edən əsas materiallarını hazırlayıb: “Hazırda onların hamısının surəti çıxarılır, ilin sonuna qədər aralarına bir neçə publik sənədi əlavə etməklə dərc edəcəyəm”. pizza mizza

Paşinyan Serj Sarkisyanın prezident olanda yazdığı məktubu dərc edəcəyini də vurğulayıb: “Sənin bir məktubunu da dərc edəcəyəm, elə düşünməyəsən ki, səni hesaba almamışam. Oyananda TPL və KP-yə (Paşinyan Levon Ter-Petrosyanı və Robert Koçaryanı belə təqdim edib-red.) də xəbər edərsən”. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!