“Paşinyan siyasi “luzer”dir, o, bir siyasətçi kimi artıq bitib” - Rusiyalı ekspert
27 Noy 2020 17:36
526

“Paşinyan siyasi “luzer”dir, o, bir siyasətçi kimi artıq bitib” - Rusiyalı ekspert

“Paşinyan siyasi “luzer”dir. O, Ermənistanı fəlakətə sürüklədi. Öz siyasi bacarıqsızlığı sayəsində Paşinyan müharibənin real olması üçün əlindən gələni etdi. Azərbaycanı bu müharibəyə təhrik etdi. O, müharibəyə hazırlaşmışdı. Paşinyanın generalları bəyan etmişdilər ki, yeni müharibə olacağı təqdirdə, onlar Bakıya çatacaqlar və Azərbaycan bır sıra ərazilərini itirəcək. Bu, faktiki olaraq Ermənistanın suveren Azərbaycan dövlətinə qarşı yeni ərazi iddiasını özündə əks etdirən həyasız siyasət idi. Bu gün bu, siyasi çöküşlə nəticələndi”.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın "Milli müdafiə" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

O qeyd edib ki, bu cür məğlubiyyətlə üzləşən Paşinyan hələ də özünə belə bəyanat səsləndirməyi rəva görür:

“Mənə elə gəlir ki, bu oqoniyadır. Paşinyan bir siyasətçi kimi artıq bitib, o yoxdur. Paşinyandan qalan siyasi qabıqdır, hansı ki, onun içindən hava çıxıb. Öz qisas və Azərbaycanın yeni ərazilərini işğal etmək planları ilə Paşinyan şişib partladı, necə ki bütün Ermənistan kimi onun da havası çıxdı. Ona görə də, hesab edirəm ki, Paşinyanın bugünkü sözlərindən heç nə asılı deyil, tamamilə heç nə... Onun bəyanatları hakimiyyəti qoruyub saxlamağa cəhddir. Paşinyan cəhd edir ki, onunla, misal üçün parlamentin spikerinə davrandıqları kimi rəftar etməsinlər. Hansı ki, müharibədən sonra İrəvanda kütlə parlamentin spikerini linç etmişdi. Bunun özü də “Ermənistan demokratiyası”nın göstəricisidir. Faktiki olaraq İrəvanda küçədə Ermənistan dövlətinin üçüncü şəxsini öldürürdülər. Hansı demokratiyadan danışırıq? Bu demokratiya deyil, oxlokratiyadır. Ona görə də Paşinyanın bəyanatı praktiki nöqteyi-nəzərdən heç nədir, sadəcə olaraq hava titrəməsidir, bundan artıq heç nə... Ona görə də, fikrimcə, başçılıq etdiyi dövlət üçün fəlakətlə nəticələnən missiyası bitmiş siyasətçinin bəyanatlarına ciddi əhəmiyyət vermək lazım deyil”.

İ.Korotçenko Rusiya televiziya kanallarında Azərbaycan əleyhinə təbliğat aparılmasına da münasibət bildirib:

“Televiziya kanallarındakı tok-şoularda iştirakçıların fərqli mövqelərinə gəlincə, bildirim ki, erməni lobbisi hər yerdə güclüdür. Təkcə, Fransa və ABŞ-da deyil, Rusiyada da erməni lobbisi güclüdür. ...Hesab edirəm ki, baş verənlər erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Rusiya bir dövlət kimi bərabər səviyyədə həm Azərbaycanla, həm də Ermənistanla, o cümlədən Türkiyə ilə yaxşı münasibətlərin olmasında maraqlıdır. Ona görə də, deməzdim ki, Rusiya tərəfindən hansısa antiAzərbaycan mövqeyi sərgilənir. Xeyr, bu belə deyil. Bir daha qeyd edirəm, Rusiyanın mövqeyini Prezident Vladimir Putin formalaşdırır. Prezident dəfələrlə müsahibələrində Azərbaycanın ərazi bütövlüyü məsələsini, Türkiyə ilə yaxşı münasibətlərdə maraqlı olduğunu xatırladıb. Siyasi tok-şular Kremlin xarici siyasət qərarlarına heç bir təsir göstərmir. Putin praqmatik bir siyasətçi və keçmiş xüsusi xidmət orqanı əməkdaşı kimi hər şeyi süzgəcdən keçirir. Televiziyalar heç bir halda onun qərarlarına təsir etmir. Prezident bütün qərarlarını Rusiyanın milli maraqları nöqteyi-nəzərindən qəbul edir. O ki, qaldı ermənipərəst mövqelərin səslənməsinə, bunun əsas məqsədi Rusiyanın Dağlıq Qarabağdakı müharibəyə Ermənistanın tərəfində cəlb olunması üçün informasiya fonunun yaradılması idi. Lakin bu alınmadı. Ona görə alınmadı ki, Prezident Putin beynəlxalq hüquq normalarına və Rusiyanın milli maraqlarına əsaslanan qərar qəbul etdi. Üçtərəfli bəyanatda əks olunan Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, münaqişənin ədalətli həlli bizim milli maraqlarımıza uyğundur. Putin üçtərəfli bəyanatın imzalanmasına vasitəçilik etməklə Rusiyanın sərhədləri perimetri boyunca olan qeyri-sabitlik qövsünü qırmış oldu. Bu çox vacib məsələdir. Bir ekspert kimi onu da qeyd etmək istəyirəm ki, üçtərəfli razılaşma Azərbaycanın hərbi qələbəsinin sayəsində mümkün oldu. Bu, Paşinyanın kapitulyasiyaya getməsinin və Azərbaycanın şərtləri əsasında sülhü qəbul etməsinin əsası oldu”. (APA)

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər