Paşinyan: TRIPP-də İranın da maraqları nəzərə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: TRIPP-də İranın da maraqları nəzərə alınıb

Dünya

09 İyul 2026 15:53 77


TRIPP layihəsinin həyata keçirilməsi Ermənistanla İran arasında ticarət və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə genişləndirəcək və Fars körfəzi-Qara dəniz dəmir yolu xəttinin formalaşmasına kömək edəcək.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O, İranın Ermənistandakı səfiri Xəlil Şirqolhaminin İranın TRIPP layihəsi ilə bağlı narahatlıqları barədə sözlərini şərh edib: Sezar pizza

“TRIPP layihəsinin həyata keçirilməsi ilə Fars körfəzindən Qara dənizə dəmir yolu bağlantısı açacağıq və bunun nəticəsində Ermənistanla İran arasında ticarət və iqtisadi əlaqələr üçün imkanlar əhəmiyyətli dərəcədə genişlənəcək. İslam Respublikasının ticarət və iqtisadi imkanları da əhəmiyyətli dərəcədə genişlənəcək. TRIPP layihəsinin həyata keçirilməsi birbaşa İranın maraqları ilə diktə olunur”.

Baş nazir qeyd edib ki, Ermənistan bu məsələ ilə bağlı İranla açıq və şəffaf müzakirələrə hazırdır:

“İstənilən suala cavab verəcəyik. Konkret narahatlıqları aydın şəkildə ifadə etmək lazımdır. Əminik ki, bütün qorxular aradan qalxacaq.

Biz İran, Rusiya, Gürcüstan, Azərbaycan, Türkiyə, Aİ, Orta Asiya ölkələri və Çin ilə işləməyə davam edəcəyik, çünki bu, qlobal layihədir və biz onun həyata keçirilməsinə mümkün qədər tez başlamaq istəyirik. Ümid edirəm ki, ilk iş bu payızda başlayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!