Paşinyan üçün vasitəyə çevrilmişik - Babacanyan

Paşinyan üçün vasitəyə çevrilmişik - Babacanyan

Bölgə Veb saytların hazırlanması

21 Noyabr 2023 16:20 790


“Nə qədər ağrılı olsa da, etiraf etməliyik ki, biz Nikol Paşinyan üçün bir vasitəyik”.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bunu erməni jurnalist Hasmik Babacanyan deyib.

“İnsanlar onun əlində o qədər sadə alətə çevriliblər ki, bir neçə manipulyasiya hiyləsi ilə ölkənin parçalanmasına nail olur. O, Ermənistandakı 3 milyon əhalini aldatdı, “Rədd olsun, Serj” şüarları və primitiv manipulyasiya hiyləsi ilə bütün dövlət sistemini məhv etdi. Böyüklərimizin yaxşı sözü var: “Eşşəyi yemisən, qalıb quyruğu”. İndi Paşinyan “sülh” hiyləsindən istifadə edir ki, bizim vasitəmizlə ölkəni uçuruma sürükləsin”, – deyə jurnalist yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!