"Üçbaşlı müharibə partiyası ("Güclü Ermənistan" bloku, "Ermənistan" bloku və "Çiçəklənən Ermənistan" Partiyası - red.) məğlub edildi. Bu, vacib, lakin son nəticə deyil, çünki fikrimcə, xalq üçbaşlı müharibə partiyasının və onu müşayiət edən cinayətkar-oliqarxik sistemin Ermənistan Respublikasından silinməli olduğuna dair iradəsini açıq şəkildə ifadə edib".
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Əlbəttə ki, bu, siyasi əksəriyyətin və hökumətin ən vacib vəzifələrindən biri olacaq və biz bunu gecikmədən, çox qətiyyətli və möhkəm addımlarla həyata keçirməliyik”, - deyə Paşinyan əlavə edib. Pepperoni pizza
Baş nazir qeyd edib ki, Vətəndaş Müqaviləsi parlament çoxluğuna malik olacaq və hökuməti formalaşdıracaq.
Telegram kanalımız