Paşinyanın arxasındakı görünməz qüvvə - Erməni nəşrindən   şok iddia

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın arxasındakı görünməz qüvvə - Erməni nəşrindən şok iddia

Siyasət

24 Noyabr 2020 20:11 3419


“Ermənistanın müstəqilliyinin ilk illərindən bəri nəhəng kapital toplamış Xaçatur Sukiasyan Paşinyanın hakimiyyətində olduğu iki il yarımda ən imtiyazlı iş adamı statusunu aldı”.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti yazıb.

“O, bu müddət ərzində çox sayda müəssisə açdı və yüksək rütbəli şəxslərin ən sevimli təşəbbüskarına çevrildi.

“Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan da Feysbuk səhifəsində rəsmi şəxslərin saxtakar və qanunsuz fəaliyyətlərinə pul ayıran iş adamlarının şəkillərini yayımladı. Maraqlısı budur ki, son 30 ildə öz cəmiyyətini incidən və parçalanmaya səbəb olan saxtakarlıqları maliyyələşdirən, doymayan bir susuzluq yaşayan bu iş adamı (Sukiasyan) doymadı, heç vaxt doymadı”, - nəşr bildirib.

“İrates” Xaçatur Sukiasyanın Baş nazir Paşinyanın əsas dəstəkçilərindən, hakimiyyətdə qalmasını maliyyələşdirən əsas güclərdən biri olduğunu yazıb.  /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!