Paşinyanın hökumətində boz kardinal kimdir? – Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın hökumətində boz kardinal kimdir? – Erməni nəşri

Rəsmi

10 Avqust 2021 11:20 1350


“Ermənistan hökumətində Baş nazirinin müavini olan Suren Papikyan Baş nazir funksiyalarını tam olaraq mənimsəyib. Hər şey barədə şəxsən ona hesabat verilir”. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edir: "Nazirlər Kabinetini öz əlinə almaq və müxtəlif nazirlikləri özünə tabe etmək üçün o hər şeyi edir. Kadr məsələləri də Papikyanın əlindədir. Kimin komandada qalaraq çalışacağı və müharibədən sonra kimin getməli olduğuna şəxsən qərar verir. 

Ermənistanın Ərazi İdarəçiliyi və İnfrastruktur Nazirliyindən ayrıldıqdan sonra da asfalt döşəmə inhisarını özündə saxlayıb və ən böyük pulqazanma mexanizmi Papikyanın əlindədir. İkincisi, bütün yol tikinti işlərinə, satınalma prosesinə və ümumiyyətlə bütün maliyyə alətlərinə o nəzarət edir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!