Paşinyanın istefasını tələb edən erməni ölüm aclığına başladı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın istefasını tələb edən erməni ölüm aclığına başladı

Dünya

23 Noyabr 2020 13:20 642


Ermənistanda müxalif “Daşnaksütyun” partiyasının fəalı Geqam Manukyan müddətsiz aclıq elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə müxalif fəal sosial şəbəkədə bəyan edib. Onun tələbi Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa verməsidir.

“Əziz həmvətənlər, Ermənistanın vətəndaşı Baş nazir Nikol Paşinyanın destruktiv addımları nəticəsində vətənimizin mühüm bir hissəsinin itirilməsindən narahatlıq keçirir, şəxsi və milli faciə yaşayıram.

Anlayıram ki, bu hökumət, Baş nazir Paşinyan dəyişiklik etmək, danışıqlar apararaq daha yaxşı nəticələrə nail olmaq iqtidarında deyil.

Müddətsiz aclıq elan edirəm. Tələbim Nikol Paşinyanın istefasıdır. Nikol getməlidir!”, - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!