“Payız depressiyası insanları intihara sürükləyir”   - Psixoloq

saytların hazırlanması

Evə çatdırılma

“Payız depressiyası insanları intihara sürükləyir” - Psixoloq

Sosial

01 Oktyabr 2021 13:22 1196


“Payız həm bolluq, həm də depressiv hallar fəslidir”.

Bunu Yenisabah.az-a açıqlamasında tanınmış psixoloq Aytən Ələkbərova bildirib.

O əlavə edib: Sezar pizza

“Bu mövsümdə melatonin harmonu israf etməyə başlayır. O israf etdikcə, seratamin aşağı düşməyə başlayır. Seratamin aşağı düşdüyü zaman təbii ki, insanda depressiv vəziyyətlər yaranır. Seratamin günəş şüalarını məhv etdiyinə görə, payız depressiyası yaranır. Çox vaxt yorğunluq, yersiz yerə əsəbilik baş verir. Daha sonra artıq baş gicəllənmə, ürək bulanma başlayır, insanda “yaşamaq istəmirəm” tipli düşüncələr yaradır. Qısası, adamı intihara sürükləyən meyllər başlayır”.

Psixoloqun sözlərinə görə, avqustun 15-dən sonra insan orqanizmində və ruhi durumunda müəyyən dəyişikliklər hiss olunur:

“Bunun qarşısını almaqdan ötrü insanlar psixoloqa müraciət etməlidirlər. Statistik məlumata görə, 30-35 yaş arası qadınlar bu hallara daha çox məruz qalır. Hətta deyirlər ki, uşağımı artıq məktəbə göndərə bilməyəcəm. Deyəsən, artıq son günlərimdir”. Beyindən məhz belə siqnallar gəlir. Bunun qarşısını almaq üçün insanın əks-planı olmalıdır: “Mənim övladım məkəbə getməlidir, onu yerbəyer etməliyəm və s”.

Aytən Ələkbərova qeyd edib ki, payız depressiyası kəskinləşdikdə insanın buna tab gətirməsi çox çətin olur:

“Yazın depressiyası tamamilə başqa bir şeydir. Burada insanların yorğunluğu,əzginliyi günəş şüalarına qarşı birdən-birə yaranan bədənin ümumi ruhi adaptasiyasından söhbət gedir. Amma payız depressiyası fərqli olur.Yaz depressiyasının müalicəsini apara bilmədikdə təbiidir ki, bu payız depressiyasında kəskinləşir, psixozlara yol açır, maniakal psixozlara gətirib çıxara bilir, nevrozları artırır. Bu artıq qapısı-pəncərəsi görünməyəcək xəstəliklə üzləşdirir. Xroniki təşvişdə olanlar, xroniki panik ataklar artıq görürsüz ki, payız depressiyasında buna tab gətirə bilmir

Ümumiyyətlə, insan orqanizmində, ruhi durumunda baş verən bütün halların, xəstəliklərin başında onun ruhu durumu dayanır. Sən öz psixoloj immunitetini artırmağı bacarırsansa, bunlara təbii ki, güc gəlirsən. Müxtəlif yollarla olur. Yaydan çıxmış insanlar özün işinə rahat adaptasiya olmaq üçün psixoloqlara müraciət edirlər. O adaptasiyanın içərisində artıq onlar payız depressiyasından qurtulmuş olurlar”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!