Paytaxt rayonlarında birgə monitorinqlər davam edir - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Paytaxt rayonlarında birgə monitorinqlər davam edir - FOTOLAR

Sosial

03 İyun 2022 15:02 872


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlər davam etdirilir. 

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən "Yeni Sabah"a bildirilib ki, hazırda Suraxanı rayonu ərazisində RİİB  könüllüləri və icra hakimiyyətinin əməkdaşlarından ibarət birgə monitorinq qrupları küçə və prospektlərdə,  park  və məhəllələrdə reydlər keçirir.  Nəticələrdən asılı olaraq yaşıllıq zolaqlarının salınması,  küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi,  sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.  

Qeydə alınan çatışmazlıqların aradan qaldırılması üçün növbəti mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində tədbirlərin icrasına başlanılacaqdır. Pepperoni pizza

Xatırladaq ki, Səbail, Nərimanov və Yasamal rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilib,  ağaclar budanıb, yaşıllıqlar salınıb,  işıqlandırma sistemləri qurulub və digər abadlıq işləri görülüb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!