Paytaxtda növbəti ağacəkmə aksiyası keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirildi - Fotolar

Sosial

29 Oktyabr 2022 16:11 1349


Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində - əsas magistral yolun kənarında növbəti ağacəkmə aksiyası keçirilib. 

Yenisabah.az xəbər verir ki, əvvəlcə ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Həmin əraziyə iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd sərv ağacı icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən yeni, fərqli üsulla əkilib. 

Ağaclara qulluq göstərilməsi və suvarılması məsələləri nəzarətə götürülüb və həmin işlərin icrasına cavabdeh şəxslər müəyyən edilib. Marqarita pizza

Xatırladaq ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilən ağacəkmə aksiyasının payız mövsümü ərzində paytaxtın digər ərazilərində də təşkili nəzərdə tutulur.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!