Paytaxtın bir sıra yollarında məhdudiyyət tətbiq edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın bir sıra yollarında məhdudiyyət tətbiq edildi - Fotolar

Sosial

07 Mart 2024 22:00 654


Futbol matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində məhdudiyyət tətbiq edilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!