Paytaxtın mərkəzində veloyürüş keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Paytaxtın mərkəzində veloyürüş keçirildi

Sosial

19 Mart 2022 12:37 306


Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi tərəfindən bir sıra mərkəzi küçələrdə velisiped zolaqlarının salınması işləri həyata keçirilir.

Yenisabaha. BŞİH-in Mətbuat Xidmətinə istinadla xəbər verir ki, bu istiqamətdəki işlərin başlanğıcı kimi mərkəzdə  - Üzeyir Hacıbəyov, Puşkin, Rəşid Behbudov küçələrində yeni velosiped yolu salınıb.

Artıq şəhərin mərkəzini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun 1,6 km-i yekunlaşıb. Marqarita pizza

Martın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Novruz Bayramına həsr edilən və 30 həvəskar velosipedçinin iştirakı ilə veloyürüş keçirilib. 

 Əsas məqsədi insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsi olan bu veloyürüşün qalibləri 4 nominasiya üzrə qiymətli hədiyyələr, bütün iştirakçılar isə sertifikatlarla mükafatlandırılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!