Pekin və Tehran arasında 3,5 milyard dollarlıq müqavilə imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Pekin və Tehran arasında 3,5 milyard dollarlıq müqavilə imzalandı

Dünya

17 Fevral 2023 14:34 710


Pekin və Tehran arasında 3,5 milyard dollarlıq 19 saziş və müqavilə imzalanıb.

Yenisabah.az “Təsnim”ə istinadla xəbər verir ki, bu barədə İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peymanpak danışıb.

Onun sözlərinə görə, təkcə sənaye, təbii ehtiyatlar və ticarət sahəsində İran 20 anlaşma memorandumundan əlavə, 19 müqavilə və saziş bağlayıb. pizza sifarişi

Tərəflər texnologiya mübadiləsi, İranda İran və Çinin kiçik və orta müəssisələri üçün birgə sənaye zonasının yaradılması barədə razılığa gəliblər.

Ə. Peymanpak qeyd edib ki, İran nümayəndə heyətinin Pekinə səfəri zamanı tərəflər arasında elektron ticarət, kənd təsərrüfatı, İran xammalı və yarımfabrikatlarının ixracı, mədən sənayesi məsələləri üzrə uğurlu danışıqlar aparılıb.

Hazırda İranın Çinə ixracı cəmi 13-14 milyard dollardır, onun fikrincə, bu, çox azdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!