Sentyabrın 18-də Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistana rəsmi səfərə gəlmiş ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, Suren Papikyan Nensi Pelosiyə vəziyyətə operativ reaksiya verdiyinə və Ermənistana səfər etdiyinə görə təşəkkür edib.
Müdafiə naziri sərhəddə yaranmış vəziyyəti baradə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə məlumat verib. Nensi Pelosi isə çıxışında vəziyyətlə bağlı ABŞ-ın mövqeyini çatdırıb.
Görüş zamanı iki ölkənin müdafiə sahəsində əməkdaşlığı ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.
Telegram kanalımız