Pənah Hüseyn müzakirələrə səbəb olan fotosundan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Pənah Hüseyn müzakirələrə səbəb olan fotosundan danışdı

Sosial

16 May 2022 19:21 783


Bu günlərdə Azərbaycanın sabiq baş naziri Pənah Hüseynin diqqətçəkən görüntüsü yayılıb. Metroda lentə alınan fotoda keçmiş baş nazirin ayaq üstə qalması, gənclərin əyləşmək üçün ona yer verməməsi sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Bir çoxları hesab edir ki, indiki gənclər Pənah Hüseynin kim olduğunu belə bilmirlər. Lakin istənilən halda gənclərin yaşlı insanlara belə laqeyd münasibəti təəssüf doğurub.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn müzakirələrə səbəb olan fotosu barədə Modern.az-a danışıb. O, gündəlik ictimai nəqliyyatdan istifadə etdiyini deyərək, gənclərin yer verməməsini normal hal kimi qəbul etdiyini söyləyib. pizza sifarişi

“Mən bir qayda olaraq ictimai nəqliyyatdan, əsasən metrodan və avtobusdan istifadə edirəm. Burada qeyri-adi heç nə yoxdur. Milyonlarla insan bu nəqliyyat vasitələrindən istifadə edir. Kimlərinsə yer verib-verməməsi məni maraqlandırmır. Mən özüm yaşından asılı olmayaraq qadınlara yer verirəm", - deyə keçmiş baş nazir vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!