Pensiya alanlar üçün VACİB AÇIQLAMA - Yanvar ödənişi artımla olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Pensiya alanlar üçün VACİB AÇIQLAMA - Yanvar ödənişi artımla olacaq?

Sosial

09 Yanvar 2024 08:29 9420


Hər ayın 7 və 8-də pensiyalar verilir. 2024-cü ildən pensiyaların məbləğində artımlar olacaq. Bəs ödənişlər nə zaman veriləcək?

Bu sual ilə bağlı müraciətlər daxil olur.

Eyni zamanda, bu məsələ ətrafında sosial şəbəkələrdə də müzakirələr aparılır. Hətta deyilir ki, yanvar ayında ödənişlər 10-dan veriləcək. Həm də, pensiyalar artımla ödəniləcək. pizza mizza

Qeyd edək ki, hər il pensuya və təqaüd artımları yanvar ayından deyil, fevral ayından verilir. Yanvar ayının artım hissəsi də, fevral ayında kartlara yüklənir.

Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fondundan BAKU.WS-ə bildirildi ki, pensiya və təqaüdlərin gecikdirilməsindən söhbət gedə bilməz. Bu həftə yeni iş həftəsidir.

“Yaxın günlərdə əhaliyə ətraflı məlumat veriləcək”, - deyə qurumdan bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!