Pensiya və maaşlar nə vaxt artacaq? - VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pensiya və maaşlar nə vaxt artacaq? - VACİB AÇIQLAMA

Sosial

05 Aprel 2024 11:53 31659


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən gün bildirib ki, Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək. 

Nazir əlavə edib ki, sosial sahədə əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz, həyat davam etdikcə, yeni çağırışlar ortaya çıxır. O həmçinin deyib ki, minimum pensiya və əmək haqqının artırılması davam edəcək. 

ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədov ARB-yə açıqlamasında artımların nə zaman baş tutacağı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, pensiyaların indeksləşdirilməsi prosesi orta illik inflyasiya göstəricilərinə uyğun reallaşdırılır: pizza

"O ki qaldı maaşlarda artımlara, bununla bağlı ilk növbədə ölkə başçısı tərəfindən sərəncamlar verilməlidir. Lakin son illər ölkə başçısı üçün bu artımlar prioritet təşkil edir. Fikrimcə, biz bu il də həmin artımların şahidi ola bilərik. Ardıcıl artımların həyata keçirilməsi müvafiq sərəncama bağlı olan məsələdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Babək
    Salam
    2 years ago