Pensiya və maaşların verilmə tarixi dəyişir?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Pensiya və maaşların verilmə tarixi dəyişir? - AÇIQLAMA

Sosial

13 Mart 2026 20:06 23526


Bayram ərəfəsində sosial ödənişlərin qrafikdən əvvəl verilməsi bir çox ailənin işini asanlaşdırdı. Lakin bu addımın başqa tərəfi də var. Əgər növbəti ay ödənişlər yenidən köhnə tarixlərdə həyata keçirilsə, sosial gəlirlə yaşayan insanlar təxminən 40 gün vəsait almaya bilərlər. Bu isə xüsusilə pensiya və müavinətlə dolanan ailələr üçün çətinlik yaradacaq.

Bəs bu riski azaltmaq üçün pensiya və müavinətlərin ödəniş tarixini daha erkən vaxta keçirmək mümkündürmü?

"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, hökumət bayram ərəfəsində insanların alış-verişi əvvəlcədən planlaşdıra bilməsi üçün pensiyaların daha erkən ödənilməsinə qərar verir: Marqarita pizza

“Bu, düzgün və məqsədəuyğun addımdır. İnsanlar bayrama hazırlaşmaq üçün ərzaq və digər zəruri məhsulları əvvəlcədən ala bilirlər. Bəzən qiymət artımı da müşahidə olunur və vətəndaşlar ehtiyaclarını daha erkən təmin etmək imkanı qazanırlar. Digər tərəfdən, hər bir insan şəxsi büdcəsini düzgün idarə etməlidir. Pensiya və ya müavinəti daha tez alan şəxs növbəti ödənişə qədər müddətin bir qədər uzun ola biləcəyini nəzərə almalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Babek
    Salam yanvar ayı maaş fevralda verilib və fevral mart ayı maaş verilmiyib niye onuda deyinde
    2 months ago