Pensiya və müavinətlərlə bağlı yeni təklif: Ödənişlərin vaxtı dəyişə bilər

saytların hazırlanması

Evə çatdırılma

Pensiya və müavinətlərlə bağlı yeni təklif: Ödənişlərin vaxtı dəyişə bilər

Sosial

27 İyun 2026 13:50 12320


Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir vətəndaşların narazılığına səbəb olan məsələlərdən biridir. Halbuki kommunal xidmət haqları, kredit ödənişləri, kirayə, dərman və digər zəruri xərclərin böyük hissəsi ayın ilk günlərində ödənilir.

Bu səbəbdən sosial ödənişlərin tarixinin dəyişdirilməsi mümkündürmü?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, pensiya və sosial müavinətlərin ödəniş tarixləri vətəndaşların real ehtiyaclarına uyğunlaşdırılmalıdır. pizza sifarişi

Onun sözlərinə görə, xüsusilə yalnız pensiya və sosial müavinətlə dolanan insanlar ayın əvvəlində yaranan maliyyə öhdəliklərini qarşılamaqda çətinlik çəkirlər.

“Azərbaycanda pensiya və sosial müavinətlərin əsasən ayın ortası və sonuna təsadüf etməsi uzun illərdir müzakirə olunan məsələlərdəndir. Vətəndaşların böyük hissəsi kommunal xidmətlər, kredit ödənişləri, dərman və digər zəruri xərclərlə ayın ilk günlərində qarşılaşır. Lakin sosial ödənişlərin daha gec həyata keçirilməsi xüsusilə yalnız pensiya və müavinətlə yaşayan insanlar üçün əlavə maliyyə çətinliyi yaradır”, – deyə ekspert vurğulayıb.

Asif İbrahimov qeyd edib ki, müasir sosial siyasətin əsas prinsiplərindən biri dövlət ödənişlərinin vətəndaşların gündəlik həyat ritminə uyğun təşkil edilməsidir. Onun fikrincə, bu baxımdan pensiya və sosial müavinətlərin ayın ilk günlərində ödənilməsi məsələsinə yenidən baxılması məqsədəuyğun olardı.

Ekspert hesab edir ki, ödəniş qrafikinin dəyişdirilməsi büdcə planlaması, xəzinə sistemi və texniki proseslərlə əlaqəli olsa da, bu maneələr həllolunmaz deyil:

“Əgər məqsəd vətəndaşın rifahını artırmaqdırsa, sosial ödənişlərin vaxtı da həmin məqsədə xidmət etməlidir.

Aidiyyəti dövlət qurumları pensiya və sosial müavinətlərin ayın əvvəlində ödənilməsi imkanlarını araşdırmalı, vətəndaşların maliyyə yükünü azaltmağa yönəlmiş daha çevik mexanizmlərin tətbiqini nəzərdən keçirməlidir”.

Ekspert sonda vurğulayıb ki, sosial ödənişlər sadəcə rəqəmlərdən ibarət deyil, minlərlə insanın gündəlik həyat təminatını təşkil edir və onların ödənilmə vaxtı da bu reallıq nəzərə alınaraq müəyyənləşdirilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İradə
    Biz pensiya ilə yaşayırıq Ayın ortasında alınan pensiya heç nəyə çatmır Bütün işlər məs bank krediti ayın əvvəli ödənilməlidir komunalları və s Niyə mən çörəyə verdiyim pulu faizə verməliyəm Təkcə mən yox ,söhbət əsasında bilirəm ki, ayın ortasında pensiyaların verilməsinə hamı narazıdır Xalqın ehtiyaclarını nəzərə alıb pensiya ödənişini əvvəlki vaxta ayın əvvəlində ödənilməsini təmin edin Xalqı nəzərə alın
    2 months ago
  • Sehran
    Əlbətdə əvvəllər ayın 8 nə kimi verirdilər işini qura bilirdin indi vaxtı uzadırlar o da sərf eləmir adamın əsəbiynən oynayırlar bu verilən təqaüd mənim öz ölümdür siz onu ləngitməyə icazəniz yoxdur
    2 months ago
  • Sehran
    Əlbətdə əvvəllər ayın 8 nə kimi verirdilər işini qura bilirdin indi vaxtı uzadırlar o da sərf eləmir adamın əsəbiynən oynayırlar bu verilən təqaüd mənim öz ölümdür siz onu ləngitməyə icazəniz yoxdur
    2 months ago