Pensiya yaşının artırılmasından kim məmnundur? – Maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Pensiya yaşının artırılmasından kim məmnundur? – Maraqlı açıqlama

Sosial

10 Mart 2023 17:19 1831


“Təqaüd yaşı məsələsi yenidən müzakirə mövzusu olub, hətta məzarlıqda monitorinq aparanlar da tapılıb, amma bu məsələnin məğzi qalıb kənarda”.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bildirib ki, Azərbaycanda təqaüd yaşının azaldılması ilə yanaşı, hətta daha çox təqaüd məbləğinin artırılması yolları tapılmalıdır: pizza sifarişi

“Digər tərəfdən Avropada, məsələn Fransada təqaüd yaşının artırılması cəhdi böyük etirazlara, mitinq-yürüşlərə səbəb olur, bizdə isə əhalinin böyük bir qismi yaşın artırılmasında hətta məmnun olurlar. Çünki, maaşlar həmişə təqaüddən çox olur, işləyənlərin təqaüdçülərdən fərqli olaraq “çax-çuxu” da olur.

Problemlər çoxdur və bu məsələ tək yaş məsələsi deyil, insanların təqaüdlə dolana bilməməsi, dövlətin bu sahədə də inhisarçı olması məsələsədir. 

Bu sahədə özəl fondlar yaranmalı, vətəndaşın seçim və fərdi, özəl müqavilə bağlamaq imkanı olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!