Pensiyaçılara şad xəbər -   Bu qədər artım olacaq

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaçılara şad xəbər - Bu qədər artım olacaq

Sosial

31 Avqust 2026 09:52 330


Azərbaycanda pensiyaların orta məbləği 2026-cı ilin ilk yarısında 10,5 faiz artaraq 594 manata çatıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, hazırda orta pensiya məbləği orta aylıq əmək haqqının 51 faizini təşkil edir. Hesabat dövründə yaşa görə pensiyaların orta məbləği 10,2 faiz, əlilliyə görə pensiyalar 10,5 faiz, ailə başçısını itirməyə görə pensiyalar isə 10,3 faiz artıb. pizza hut

V.Bayramov bildirib ki, orta pensiya məbləğindəki artım əsasən bu ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı il yanvarın 1-dən əmək pensiyaları 9,3 faiz indeksləşdirilərək artırılıb.

Deputat qeyd edib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, bütün növ əmək pensiyalarının növbəti indeksləşdirilməsi gələn ilin yanvarında həyata keçiriləcək. Bu zaman pensiyalar 2026-cı il üzrə orta aylıq əmək haqqının rəsmi artım faizinə uyğun olaraq artırılacaq.

Onun sözlərinə görə, növbəti pensiya artımları 1 milyon 100 min vətəndaşı əhatə edəcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!