Pensiyaçılara ŞAD XƏBƏR - Əlavə pul alacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Pensiyaçılara ŞAD XƏBƏR - Əlavə pul alacaqlar

Sosial

16 Mart 2024 13:23 42824


Pensiyaçılara ildə iki dəfə bayramlar münasibətilə əlavə müavinətin verilməsi təklif edilir. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib. 

Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçılarin sosial müdafiəsini daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinət verilməsi yaxşı olar. Bəs görəsən bu təklifin praktiki olaraq tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Emin Qəribli bildirib ki, Azərbaycanda pensiya dərəcələri MDB ölkələrinə nisbətən xeyli yüksəkdir: Pepperoni pizza

“MDB ölkələri ilə müqayisədə, Azərbaycan pensiyaların dərəcələrinə görə kifayət qədər yüksək yerdə qərarlaşıb. Hər il ölkə başçısının sərəncamı ilə sosial təzminatlar indeksasiya edilir və buna müvafiq olaraq verilir. Əsas olan pensiyaçılara yüksək pensiyanın verilməsidir. Amma özlüyündə sosial təzminat büdcə üçün kiçik bir rəqəm deyil. Maliyyə Nazirliyi bununla bağlı optimal bir dərəcə təyin edir. Biz fikir versək, hər il büdcədə neft sektorunun payı azalmağa doğru gedir, bunun müqabilində isə sosial təzminatlar azalmır”. 

Ekspert qeyd edib ki, əsas məsələ müavinətin hansı qaydada veriləcəyi ilə bağlıdır: 

“Əgər indeksiyasiya ilə illik artım bayramlarda birdəfəlik veriləcəksə, burada qeyri-mümkün heç nə yoxdur. Amma bununla bağlı büdcədən əlavə pul ayrılacaqsa, bu artıq başqa istiqamətdir. Digər tərəfdən, onsuz da, pensiyaların məbləği yığılan pensiya kapitalından asılı olaraq müəyyən edilir. Ona görə də pensiyalarla bağlı əlavə müavinətin prinsipial olduğunu düşünmürəm”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aydın
    Hansi mdb dan daniwlaree bunlar o olkedeki pensia yuxaridi orda erzaq ucudu bizim olkede pensia qalxmamiwdan qavaq herweyin qiymeti qalxir neden daniwirlareee
    2 years ago
  • Faiq Qasimov
    Salam.Məm 2006 ya kimi 35 il işləmişəm 35 ildə 25 kimi 1 ildə 25 kimi qəbul ediblər,məgər bu ədalətlidir?
    2 years ago
  • Xəzər
    Salam mən sosial yardıma müraciət etmişəm hər neyə görə oldu mənə imtina bildirilir vallah hara necə müraciət edim bilmirəm vallah xayiş edirəm mənim səsimə səs verin
    2 years ago
  • nahidsemedov
    evala salam çox xoş oldo men
    2 years ago
  • Əfrail
    47il işləmişəm 280manat pensiya alıram. Budurmu sosial ədalət?
    2 years ago
  • ELŞAD
    Heç olmasa hər il aparılan indeksasiya zamanı aşağı məbləğ pensiyaların faiz dərəcəsini yuxarılara nisbətən 3-4 dəfə artıq etmək lazımdır ki, bir qədər balanslaşmış olsun. Hamımız insanıq.
    2 years ago
  • ELŞAD
    Mən o dövlətə etdiyim 43 il xidmətimə görə peşimanam və o dilənçi payı olan 434 manat pensiyaya görə xəcalət çəkirəm.
    2 years ago
  • Elnur
    Yəni siz əlavə pul vermək istəyirsiniz, amma bunu hansı qaydada hesablanmağı bilmirsiniz. Çoxmu çətin işdir ????
    2 years ago
  • ELŞAD
    Mənə 6 ili dövlət qulluğu olan 43 il staja 434 manat dilən çi payı pensiya hesablanıb. bu barədə Milli Məclisə (şəxsən Musa Quliyevə 9) və əlaqədar qurumlara 92 rəsmi müraciətim var. Özlərinin 4-6 min pensiyası var, heç veclərinə deyil. Bu mənim kimi minlərlə xidmətləri olmuş insanları öz dövlətindən narazı salmağa xidmət edir.
    2 years ago