Pərvin Abıyeva Kamal Sunalın oğlunun filmində - Foto

saytların hazırlanması

Evə çatdırılma

Pərvin Abıyeva Kamal Sunalın oğlunun filmində - Foto

Şou

11 İyul 2019 09:33 1695


Aktrisa Pərvin Abıyeva azərbaycanlı həmkarları İslam Mehrəliyev və Elcan Rəsul tanınmış türkiyəli yumor ustası Kamal Sunalın oğlu Əli Sunalın “Hərəkət səkkiz” adlı komediya filmində rol alıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı P.Abıyeva şəxsi “Instagram” hesabında paylaşıb.

O, filmdən görüntüləri yayımlayaraq, ekran işinin oktyabr ayından etibarən kinoteatrlarda nümayiş olunacağını yazıb.

Filmdə rus mafiyasının izinə düşən bir qrup polisin başına gələn gülməli hadisələrdən və onların dünyanı xilas etmə cəhdlərindən bəhs edilir.

Qeyd edək ki, filmin bir hissəsi İstanbulda lentə alınıb. Baş rollarda Əli Sunal, Hakan Bilgin, Gürgen Öz, Onur Atilla, Devrim Yakut və Hande Katipoğlu yer alıb. Rejissor işi Əli Yorqancıoğluna həvalə edilib./Oxu.az

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!