Pərvin: “Bilirsiniz ki, adım kimlərlə birgə hallanıb“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Pərvin: “Bilirsiniz ki, adım kimlərlə birgə hallanıb“ - Video

Şou

17 Oktyabr 2022 16:13 1209


“Təkcə sevdiyim insandan yox, dostlarımdan, əhatəmdən, iş yoldaşlarımdan da xəyanət görmüşəm. Xəyanətə artıq öyrəşmişəm”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Pərvin Abıyeva “Qırmızı” adlı yutub layihəsində qonaq olarkən deyib.

O, aktrisa kişilər tərəfindən aldadıldığını, əksəriyyətinin yalan danışdığını bildirib: Pepperoni pizza

“Bəzi kişilər qadını əldə edə bilməyəndə başqa yollara əl atır. Bilir ki, hər bir qadının zəif nöqtəsi ailə qurmaq, uşaq sahibi olmaqdır. Düşünür ki, bunu necə əldə edə bilərəm? Ən yaxşısı, həmin qadına evlilik təklif edib, əldə etməkdir. Hara qədər gedər-gedər. “Tutar qatıq, tutmaz ayran”. O baxımdan aldanmışam”.

Pərvin həmcinslərinə meyilli olması barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib:

“Allah məni o günə salmasın. Eynicinslərə qarşı heç zaman meylim olmayıb. Əhatəmdə elə insanlar olub. O onların düşüncəsi, seçimi, yaşayışıdır. Ümumiyyətlə insanları qınamağı sevmirəm. Əgər meylim olsaydı, indiyə kimi bir qız və ya qadınla adım birgə çıxardı. Bilirsiniz ki, adım kimlərlə birgə çıxıb və hallanıb. Yəni hər zaman əks cins olub. Şükür ki, əks cinsə meyilliyəm, bir qadına yox”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!