Pərvinin sevgilisinin qardaşı bu səbəbdən ölübmüş -   Ekspertiza nəticəsi ortaya çıxdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Pərvinin sevgilisinin qardaşı bu səbəbdən ölübmüş - Ekspertiza nəticəsi ortaya çıxdı - Foto

Şou

05 Yanvar 2020 14:20 2284


Aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavidan Abdullayevin ölüm səbəbi məlum olub.

"Yeni Sabah" xəbər verir ki, 01.01.2020-ci ildə istirahətə getdiyi yerdə cəsədi tapılan C.Abdullayevin əvvəldən ürəyi zəif olub.

Mərhumun müəmmalı səbəbdən öldüyü deyilsə də, Kiyev şəhər Məhkəmə Tibbi Ekspertizasının rəyindən məlum olub ki, C. Abdullayev kəskin ürək çatışmazlığından və işemik insultdan dünyasını dəyişib. Sezar pizza

Qeyd edək ki, işemik insult - qan təchizatının çatışmazlığı nəticəsində beynin zədələnməsindən əmələ gələn, bir gün ərzində ölümə gətirib çıxaran nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.

Onu da bildirək ki, C. Abdullayevin Kiyevdə olma səbəbi Yeni ili orada keçirməklə bağlı imiş. Belə ki, o, bayram gecəsi qardaşı Murad Abdullayev, aktrisa Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və aparıcı Seyran Əliyeva ilə birgə “CHI club Kiev”də olub. Cavidan bayram gecəsi vəfat edib.

Ekspertiza rəyini "Xəbərçi.az" səhifəsi yayımlayıb.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!