Ötən il Nazirlər Kabinetinin peşə təhsili alan subbakalavrlar ilə bağlı qərarın da dəyişiklik edilmişdi. Qərara görə, peşə təhsili almış şəxslər də artıq ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər. Bu qərarın 2021-ci ildə qüvvəyə minəcəyi bildirilmişdi.
İnsanları ən çox maraqlandıran budur ki, peşə məktəbini bitirənlər universitetlərə necə qəbul olacaqlar. Qərardan belə görünür ki, onlar da subbakalavr kimi qəbul olacaqlar.
Kollec məzunları ortalama balı ilə imtahansız qəbul olurdularsa, bəs peşə məktəbini bitirənlər hansı şəkildə universitetə qəbul ediləcəklər? Marqarita pizza
Təhsil eksperti Ramal Şəmşədli Yenisabah.az-a açıqlamasında deyib ki, peşə məktəblərində hər hansı bir peşə 2 ilə öyrədilirsə, yenidən 4 il univerisitetdə davam etdirməyə ehtiyac yoxdur:
“Peşə təhsili müəssisələri də məktəb kimi sayılır. Kolleci bitirib, universitetə qəbul olmaq normal bir şeydir. Peşədə isə tamam fərqlidir. Onlar 9-cu sinifi bitirib, peşə təhsilinə üz tutanlardır. Öz sahələrini öyrənməyə 2 il vaxt sərf edirlər. Əgər o, 2 ilə təhsilini yüksək səviyyədə tamamlayıbsa, niyə 4 il də gəlib, universitetdə vaxt itirsin. Bunun yerinə peşə ixtisasını bitirənləri konkret işlərə cəlb etsələr, daha yaxşı olar. Əgər peşə ixtisasını qabağa çəkmək istəyiriksə, qarşıya məqsəd qoymalıyıq. Təkminləşmə üçün 1 il vaxt verilməlidir. Peşə məktəblərinin ixtisasları bir çox universitetlər də yoxdur. Elə olmadığına görə peşə ixtisasına üz tutublar”.
Ekspert birbaşa peşə məktəbindən çıxıb universitetə gəlməyi düzgün saymır:
“Peşədən birbaşa universitetə gəlmə olarsa, əksəriyyət peşə məktəbinə yönələcəklər. Düşünəcəklər ki, attestatla ali məktəbdə oxuya bilərlər. Düşünməlidirlər ki, bakalavrda həmin peşə ixtisasların heç dərsi də keçilmir.
Birbaşa peşə məktəbindən universitetə yönəlməni düzgün qarşılamıram. Çünki uyğun ixtisas da yoxdur. Aşbazlığı qurtaran şagirdi universitetdə turizm fakültəsini oxuyacaqsa, anlaşılmazlıq yaranır. Turizm ixtisası ikinci qrupdadır. Onda turizm təhsilini almaq istəyən şagird fikirləşər ki, gedib bal yığada bilərəm, yığmaya da. Onda 9-cu sinifdən peşəyə yazılım. 2 il sonra gedim istədiyim fakültəni oxuyum.
Qısası, qərar verməzdən öncə onun mənasını düşünməliyik”.
R.Şəmşədli qeyd edib ki, əgər peşə məktəbindən birbaş universitetə getmə olacaqsa, bu proses qabiliyyət və uyğunluğa əsasən aparılmalıdır:
“Maraqlıdır ki, peşə məktəbini bitirənlər hansı ixtisaslara yönələ bləcəklər. Bu haqda mən də düşünürəm. Bəlkə qabiliyyət imtahanı vermələri yaxşı olar”.
Nəzrin Vahid
Telegram kanalımız