Peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbul imtahanı keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Peşə məktəblərinə direktor və direktor müavinlərinin işə qəbul imtahanı keçirildi

Sosial

02 Avqust 2022 15:31 1143


Bu gün 2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.

Yenisabha.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeydiyyatdan keçmiş 581 müraciətçidən 478-i müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. pizza mizza

İmtahanda iştirak edən namizədlərdən 296 nəfəri direktor, 182 nəfəri isə direktor müavini vakant vəzifələri uğrunda mübarizə aparıb.

Müsabiqə çərçivəsində ölkə üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.

90 dəqiqə davam edən imtahanda iştirakçılar qanunvericilik və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.

İmtahanda uğurlu nəticə göstərən namizədlər müsahibədə iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!