Peşə təhsili üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.
Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Təsnifata edilən bir sıra dəyişikliklər “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş hədəflərə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi və müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığının əmək bazarının tələblərinin ödənilməsinin təmin edilməsi məqsədilə aparılıb. pizza
Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”na 5 yeni ixtisas qrupu və 95 yeni ixtisas əlavə edilib, 24 ixtisas ləğv olunub və ya adı dəyişdirilib.
Telegram kanalımız