Petrosyandan Serj Sərkisyana: “Bu yalandır, iyrənclikdir”
11 İyn 2021 00:57
1060

Petrosyandan Serj Sərkisyana: “Bu yalandır, iyrənclikdir”

“Seçki yarışı zamanı qarşılıqlı kompromatların ortaya atılması iyrənclikdir”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.

O, eks-prezident Serj Sərkisyan və Baş nazir Nikol Paşinyanın bir-birinə qarşı irəli sürdükləri ittihamlardan danışıb.

Ter-Petrosyana görə, belə bir siyasi mübarizə çirkli fəndlərdir.

“Bu manipulyasiyadır və ortaya atılan məlumatların 90% -i yalandır. Bunların məzmunu zibildir. Danışmağa başqa heç nə yoxdur?!”, - Petrosyan bildirib.

Qeyd edək ki, Serj Sərkisyan bundan əvvəl Paşinyanı bilərəkdən Azərbaycanı savaşa təhrik etməkdə ittiham edib./Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər