Azərbaycanda son gündə koronavirus əleyhinə 1 873 vaksin vurulub.
Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 263, ikinci doza vaksinlərin sayı 140 təşkil edib. Sezar pizza
Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 233 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 237 nəfər olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 822 079 təşkil edir.
Telegram kanalımız