Pezeşkiana qarğış edən aktyor öldü - Prezident başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Pezeşkiana qarğış edən aktyor öldü - Prezident başsağlığı verdi

Şou

25 İyul 2026 10:05 128


İranlı kino və televiziya aktyoru Əkbər Əbdi vəfat edib.

"Yeni Sabah" ISNA-ya istinadla xəbər verir ki, 66 yaşlı sənətçi ürək tutması keçirib.

Karyerası boyu 100-dən çox film, televiziya və dram əsərində rol almış Ə.Əbdi bir müddət əvvəl infarkt keçirmiş və müalicədən sonra evə buraxılmışdı. Toyuqlu pizza

Onun ölümü ilə bağlı sənət icmasının bir çox siması, habelə İranın Birinci vitse-prezidenti Məhəmməd Aref, məhkəmə hakimiyyətinin başçısı Möhsen Ejeyi basağlığı mesajları yazıb.

Başsağlığı verənlər arasında İran Prezidenti Məsud Pezeşkian da var.

Bəziləri iddia edirdi ki, Əkbər Əbdinin hazırkı administrasiya rəhbərinə şəxsi münasibəti ilə əlaqədar Pezeşkian təsəlli ismarışı yollamayacaq. Çünki bu ilin yanvarında mərhum aktyor "Instagram" videosunda M.Pezeşkiana qarğış etmişdi.

M.Pezeşkian isə başsağlığında Əkbər Əbdini “İran mədəniyyəti və incəsənətinin unudulmaz sərvətləri və dözümlü sütunu” adlandırıb.

“Bu hörmətli ustadın və aktyorluq dünyasının sevimli şəxsiyyətinin vəfatı ilə əlaqədar onun hörmətli və kədərli ailəsinə, ölkənin nəcib sənət ictimaiyyətinə və əsərlərinin xatirəsi ilə yaşayan bütün həmvətənlərinə başsağlığı verirəm. Uca Tanrıdan ona əbədi sülh və bağışlanma diləyirəm, görkəmli sağ qalanlarına isə səbr və mükafat diləyirəm”, - deyə o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!