“Pik nöqtə hələ qabaqdadır, 16 fevraldan...” - Qapanmalarla bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Pik nöqtə hələ qabaqdadır, 16 fevraldan...” - Qapanmalarla bağlı AÇIQLAMA

Sosial

03 Fevral 2022 18:57 32899


Ölkəmizdə yoluxma sayı kəskin artmaqda davam edir. Bu da insanlar arasında ciddi narahatlığa səbəb olur. Hətta müəyyən sərtləşdirilmələrin olacağı barədə fikir səsləndirənlər olur. Bəs bu gün qapanmalara ehtiyac varmı?

Yenisabah.az xəbər verir ki, bu barədə infeksionist Vüqar Cavadzadə açıqlama verib.

O bildirib ki, hazırda ölkəmizdə yoluxmaların faiz etibarı ilə böyük əksəriyyətini "Omicron" variantı təşkil edir: Marqarita pizza

"Omikron digər mövcud variantlara nisbətən 4 dəfədən artıq yoluxucu xüsusiyyətə malikdir. Hətta xəstə adam maska taxmadığı halda qarşı tərəf maskadan istifadə etsə də, yoluxma mümkündür. Bu da onun kontagiozluğunu göstərir. "Omicron" variantı bütün yaş kateqoriyasında sürətlə yayılma xüsusiyyətinə malikdir. Ona görə də, dünən, antirekord olaraq, yoluxma sayı 6 mini keçib.

Hesab edirəm ki, bu, hələ pik nöqtə deyil. Pik nöqtə hələ qabaqdadır. Yoluxma sayı artacaq. Universitetlər açıldıqdan sonra, 16 fevraldan yoluxmalarda bir az da artım müşahidə olunacaq.

Qapanmalara gəldikdə isə, hazırda hər hansı bir lüzum görmürəm. Bu gün qapanma üçün ciddi bir səbəb yoxdur. Qapanmalara o zaman gedilir ki, xəstəxanalarda çarpayı fondunda ciddi çatışmazlıq yaranır.

Yoluxma çox olsa da, xəstələrin 90-95 faizi ev şəraitində müalicə olunur. Xəstəlik qripə bənzər əlamətlə yüngül keçir. Boğaz, əzələ ağrıları olur və 3-5 günə xəstə yaxşılaşır"./Sonxəbər.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nisa Imanova
    Elbette var , jamaat gapali makanlarda bele maska taxmir , taxi suruculeri maska taxmir , xarici olkeden yeni gelmishem bakiya , adam hec cixmag istemir evden cunki gorxuludu hec kes mashulliyet dashimir karantin qaydalarina riayyat etmir
    4 years ago