Pik saatlarda artan taksi qiymətləri - Səbəb nədir? 

saytların hazırlanması

Evə çatdırılma

Pik saatlarda artan taksi qiymətləri - Səbəb nədir? 

Sosial

16 Sentyabr 2024 12:51 285


Paytaxt Bakıda demək olar ki, hər gün tıxac problemi yaşamalı oluruq. Bəzən tıxac zamanı taksi şirkətləri qiymətləri  qaldırırlar ki, bu da sərnişinlərin narazılığı ilə qarşılanır. Belə hallarda getdiyimiz məsafənin qiyməti 2-3 dəfəyə qədər arta bilir. 

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov bildirib ki, bu, əslində gözlənilən haldır:

“Bunun səbəbi odur ki, günün pik saatlarında şəhər yollarında tıxac olur. Taksi şirkətləri də normalda avtomobillərin bir hissəsinin tıxaca düşməsindən əziyyət çəkir. Belə ki, yollar boş olan zaman şirkət  500 avtomobil çıxara bilirsə, pik saatlarda bu say 250-yə qədər enir. İtirilən qazancı tənzimləmək üçün də tıxaca düşən taksilərin qiymətində müəyyən artımlar olur”. pizza mizza

Ekspert deyib ki, bu artımları süni artım adlandırmaq olmaz:

“Burada süni artımdan söhbət getmir. Çünki şirkət itirdiyi qazancını bərpa etməyə çalışır. Şirkət özünün və fəaliyyət göstərən fərdi şəxslərin ziyanını qarşılamaq üçün bunu edir. Burada ziyan müştərilərin cibinə dəyir. Bəzən bu hal müştərilər tərəfindən aqressiv şəkildə qarşılanır. Təəssüf ki, bununla bağlı hansısa tədbir görmək mümkün deyil. Aidiyyəti qurumlar müəyyən tədbirlər görə bilər, amma bunun da qiymətlərə böyük təsiri olmayacaq”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!