“Pirdə pul yığan adam “piyanska” idi” - Xeyrəddin Qoca

saytların hazırlanması

Evə çatdırılma

“Pirdə pul yığan adam “piyanska” idi” - Xeyrəddin Qoca

Sosial

30 Avqust 2022 11:50 3447


“Mən insanların inancına qarışmaq istəmirəm. Kim kimə, nəyə inanır, inansın. Amma gərək, bilsinlər kimə, nəyə  nə üçün inanırlar. Kor-təbii inamın mənası yoxdur”. 

Bu sözləri Yenisabah.az-a  yazıçı Xeyrəddin Qoca ilahiyyatçı Elşad Mirinin bir neçə gün əvvəl saytımıza “Mir Mövsüm ağa möhtəşəm seyid idisə, niyə özünü sağalda bilmirdi?!” fikrinə münasibət bildirərkən deyib.

O, Elşad Mirinin haqlı olduğunu bildirib: “Bu fikir doğrudur. Çünki mən də, tanıdığım bir sıra adamlar da həmin fikrirdədirlər. Qaldı insanların pirə, caduya, ağacdan asılan əski-üsküyə inanmalarına, bir balaca düşünsünlər. Onları düşündürmək üçün də biz belə yazılar yazırıq. Hərçənd, elə savadsız və cahillər belə yazıları oxumurlar. Dünyaya savadsız, cahil gəlib, dünyadan savadsız, cahil də getmək istəyirlər. Savadlı adam heç zaman belə şeylərə inanmaz. Neçə illərdir, Ağdaş rayonunun Xosrov kəndində bir pir fəaliyyət göstərir. Həmin pirə ən çox inananların biri də mənim bütün pirlərdən müqəddəs anam idi. Həmin pirdə on illərlə pul yığan adamın adı Şaban idi. Ayağı şikəst idi və onu əhali "piyanska" adlandırırdı. Çünki pir asfalt yolun kənarında (hər gün minlərlə maşın oradan keçir) olduğundan uşaqlıqdan Şaban dayı adlandırdığımız şəxs sürücülərdən və əhalidən yığdığı pul ilə hər gün spirtli içki içirdi. Yaxın kəndlərin əhalisi onu evlərinə qonaq da çağırırdı. Bizim evdə də qonaq olmuşdu, mən onu yaxından tanıyırdım, çox düşük adam idi. O zamandan 70 ilə yaxın zaman keçib və mən də bu müddət ərzində bütün pirlərə, caduya, falçılara inamımı itirmişəm. İndi 21-ci əsrdir, hələ də savadsızlıq, cahillik davam edir”. Sezar pizza

Yazıçı bildirib ki, belə şeylərə inanlar kasıb, avam, müti olurlar:

Həm də belə şeylərə inananların çoxu kasıb, avam, müti adamlar olurlar. Rüşvət alanların, qəddar adamların, insanlara pislik edənlərin pirlərə, cadugərlərə, falçılara inanmalarının bir mənası varmı?! Lakin onlar elə bilirlər ki, pirlərə getməklə, cadu etdirməklə, fala baxdırmaqla günahları bağışlanacaq. Bunlar xam xəyallardır. Biz müsəlman kimi nələrə isə inanmalıyıq. Mənim 47 il xalqın balalarına dərs deyən atam deyərdi ki, "inamı olmayan adamın etibarı olmaz" Allahımız, peyğəmbərimiz var. Fırıldaqçılara inanmaq inam deyil”.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!