“Pişik“ Günel Nadirlə Ayanın videosundan danışdı:   “...dodaq-dodağa öpüşürdülər“

saytların hazırlanması

Evə çatdırılma

“Pişik“ Günel Nadirlə Ayanın videosundan danışdı: “...dodaq-dodağa öpüşürdülər“

Şou

06 Sentyabr 2021 16:38 3704


Müğənni Günel Ələkbərova (“Pişik” Günel”) həmkarları Nadir Qafarzadə və Ayan Babakişiyevanın yayılan görüntüləri barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında canlı yayım açaraq bu barədə danışan Günel sözügedən görüntülərdə pis heç nə olmadığını deyib:

“O video mənim telefonumdan çəkilmişdi. Orada elə bir şey yox idi. Sadəcə olaraq, yaxşılardan uzaq, mənəvi cəhətdən kasad insanlar nəyi necə görürlərsə, elə canlandırırlar. Şişirtdilər ki, dodaq-dodağa öpüşürdülər. Onu belə etmək lazım deyildi. Nadir gözəl insandır. Çoxlarında olmayan vicdan, qürur, insani davranış, ailəsinə bağlılıq məhz Nadirdə var. Onun gözəl xanımı var. Dəxlisiz nələrsə etməklə gözdən düşməz. Nadirin üzr istəməyini başa düşmədim, orada bir şey yox idi. Buna başqa cür don geyindirdilər, başqa şey yapışdırdılar. Ayan da yaxşı qız, gözəl anadır. İllərdir Nadirlə ailəlikcə dostdurlar. Sənət dostumu qucaqlayıb öpürəmsə, o deməkdir ki, aramızda nəsə var? Kiminsə əksik işi olsa, kamera önündə etməz. İnsanların həyatına müdaxilə etməyin, günahını boynuna almayın". pizza

Qeyd edək ki, bir müddət öncə  Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə yayılan səmimi görüntülərinə görə üzr istəyib.

O, sosial şəbəkə hesabında bu haqda danışan Nadir izləyicilıərindən üzr istəyib və həmin görüntülər çəkilən zaman sərxoş olduğunu etiraf edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!