PKK İranı hədələdi

saytların hazırlanması

Evə çatdırılma

PKK İranı hədələdi

Dünya

04 Sentyabr 2026 11:29 39


Türkiyədə təşkil etdiyi terror aktları ilə tanınan Kürd Fəhlə Partiyası (PKK) bu dəfə İranı hədəf seçib.

“Yeni Sabah” xəbər verir ki, təşkilatın sözçüsü Zaqros Hiva Tehran hökumətini Kirmanşah və Kürdüstan ostanlarında yaşayan etnik kürdlərə qarşı ayrı-seçkilik etməkdə günahlandırıb. O, həmçinin rejimin regionda yaşayan kürdləri “farslaşdırmaq” istədiyini deyib.

Z.Hiva hökuməti silahlı müqavimətlə təhdid edib. Sezar pizza

Qeyd edək ki, İran silahlı qüvvələri ölkənin qərbində fəaliyyət göstərən PJAK kimi silahlı kürd qruplarına qarşı mütəmadi hərbi əməliyyatlar keçirir.

Farslar və azərbaycanlılardan fərqli olaraq, kürdlərin bir hissəsi şiə, bir hissəsi isə sünni məzhəbinə etiqad edir. Şiə kürdlər hakimiyyətdə və İranın ictimai həyatında fəal təmsil olunsa da, sünnilər daha çox özünəqapalı icma kimi tanınır.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!