PKK tərəfdarları azərbaycanlı jurnalisti döydülər - Foto

saytların hazırlanması

Evə çatdırılma

PKK tərəfdarları azərbaycanlı jurnalisti döydülər - Foto

Hadisə

15 Aprel 2024 23:07 567


Avropada yaşayan azərbaycanlı jurnalist Xəyal Əzizbəyli PKK tərəfdarlarının hücumuna məruz qalıb.

Yenisabah.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, hadisə Strasburqda Avropa Şurası Parlament Assambleyasının binası qarşısında baş verib.

Hazırda Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalana azadlıq tələbi ilə aksiya keçirən şəxslərlə Xəyal Əzizbəyli arasında qısa dialoq sonradan jurnalistə hücumla nəticələnib. Sezar pizza

Jurnalistin aksiya barədə onlara verdiyi sualdan qəzəblənən PKK tərəfdarları Xəyal Əzizbəyliyə çoxsaylı bədən xəsarəti yetiriblər.

Jurnalist polis əməkdaşları tərəfindən ekspertizadan keçirilməsi üçün xəstəxanaya aparılıb.

PKK tərəfdarları azərbaycanlı jurnalisti DÖYDÜLƏR


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!