Polad Həşimov barədə çəkilən sənədli filmin təqdimatı keçirildi   - FOTOREPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Polad Həşimov barədə çəkilən sənədli filmin təqdimatı keçirildi - FOTOREPORTAJ

Sosial

12 İyul 2021 19:22 1077


Şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun xatirəsinə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, təqdimat Beynəlxalq Muğam Mərkəzində baş tutub.

Sənədli film “Portret 3293” adlanır. Təqdimatda şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və ailə üzvləri, Milli Məclisin deputatları, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin nümayəndələri və hərbçi yoldaşları iştirak ediblər. Dördpendirli pizza

Sənədli film “Chelebi Media Group” tərəfindən lentə alınıb.

Filmin çəkilişləri Azərbaycan Hərb Tarixi Muzeyi, II Fəxri Xiyaban, Sumqayıt şəhəri Polad Həşimovun evi, Heydər Əliyev adına Ali Hərbi Məktəbdə aparılıb.

Qeyd edək ki, general-mayor P. Həşimov 2020-ci il iyulun 12-də başlayan Tovuz döyüşlərində qəhrəmancasına şəhid olub. O, ötən il iyul ayının 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!