Polad Həşimovun və bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Polad Həşimovun və bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olundu

Sosial

02 İyul 2021 20:46 1494


Sumqayıt şəhərində Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medallar onların ailələrinə təqdim edilib.

Yenisabah.az xəbər verir ki, mükafatların təqdimetmə mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Marqarita pizza

Tədbirdə Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Ramiz Cəfərovun, “Qarabağ” ordenli şəhidimiz Taleh Kərimovun, kapitan Fərrux Həşimovun, gizir Şəhriyar Quliyevin, miçman Ruslan Rəcəbovun, Zaur Ələsgərlinin təltifləri ailələrinə təqdim olunub.

Təltifləri qəbul edən şəhid ailələri hərbçilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!