Polis “28 May“ stansiyasının qarşısında maşın saxlayan sürücüləri cərimə edir   - 80 AZN...

saytların hazırlanması

Evə çatdırılma

Polis “28 May“ stansiyasının qarşısında maşın saxlayan sürücüləri cərimə edir - 80 AZN...

Sosial

12 Mart 2024 12:02 554


Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, bu gündən metronun "28 May" stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan edilib. 

BAKU.WS xəbər verir ki, ərazidə müvafiq nişanlar quraşdırılıb. 

Hazırda ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Dövlət Yol Polisi (DYP) əməkdaşları xidmət göstərir.  Marqarita pizza

Əraziyə yalnız ictimai nəqliyyatın girişinə icazə var. 

Şəxsi avtomobili ilə sözügedən əraziyə daxil olanlar müvafiq olaraq 80 manat cərimə edilir. 

Həmçinin, maşını parklanma ərazisində uzunmüddətdir qalan avtomobillərin çıxarılması üçün vətəndaşlara şərait yaradılır. 

Əvvəl parklanma yeri kimi istifadə olunan ərazi isə boşaldılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!