Polis COVID pasportu olmayan 462 nəfəri toya buraxmadı

saytların hazırlanması

Evə çatdırılma

Polis COVID pasportu olmayan 462 nəfəri toya buraxmadı

Sosial

28 Oktyabr 2021 10:30 662


Oktyabrın 27-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib. 

DİN-in Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, monitorinq 58 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 19 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 462 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!