Polis toya gedən 179 nəfəri geri qaytardı

saytların hazırlanması

Evə çatdırılma

Polis toya gedən 179 nəfəri geri qaytardı

Sosial

15 Oktyabr 2021 11:43 556


Oktyabrın 14-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 69 toy şənliyinin monitorinqini həyata keçirib. 

DİN-in mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, monitorinq 60 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 179 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!