Polis toyda iştirak edənlərin hər birindən 5 manat alır? – Bələdiyyə üzvü idarəyə aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Polis toyda iştirak edənlərin hər birindən 5 manat alır? – Bələdiyyə üzvü idarəyə aparıldı

Sosial

09 İyul 2021 07:39 4838


İctimai fəal, Astara rayonun Hamoşam kənd bələdiyyəsinin üzvü Rüfət Əliyev Facebook sosial şəbəkəsində yazdığı statusa görə Astara Rayon Polis Şöbəsinə aparıldığı deyilir. Bu barədə R.Əliyev özü yazıb. 

Fəalın sözlərinə görə, onu "toylara polisin müdaxilə etməməsi üçün 300-500 və ya hər iştirakçı üçün 5 manat istənilməsi haqqında söz-söhbət var" sözlərinə görə evdən polis şöbəsinə aparıblar. O, əlavə edib ki, ondan statusun silinməsi tələb olunur. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Turana Rüfət Əliyevin Astara rayon Polis Şöbəsinə aparılıb-aparılmaması ilə bağlı məlumatı olmadığını bildirib.  Dördpendirli pizza

Eyni zamanda qurumun rəsmisi qeyd edib ki, R.Əliyevin statusunda yazılmış iddialar həqiqətə uyğun deyil. "Bu mümkün deyil. Heç bir konkret fakt göstərmədən həmin status yazılıb. Əgər onu şöbəyə dəvət ediblərsə, o məqsədlə dəvət ediblər ki, görək kimlərdir toy sahiblərindən pul alan. Onda hər hansı konkret fakt varsa, buyurun bildirsin. Belə bir fakt yoxdursa, yalan danışdığına görə o, məsuliyyət daşıyır". 

Zahidov qeyd edib ki, "Azərbaycan polisi Azərbaycan xalqının mənafeyini qoruyur".

İki saat sonra Əliyev sərbəst buraxılıb. “Mən  statusu silməkdən imtina etdım. Buna görə də mənə xəbərdarlıq edib, sərbəst buraxdılar”, - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!