Polis toyda peyvənd pasportu olmayan şəxsləri cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

Polis toyda peyvənd pasportu olmayan şəxsləri cərimələdi

Sosial

31 Oktyabr 2021 10:51 895


Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən edilib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Zümürxan və İmamqulubəyli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində “COVID-19” pasportu olmayan şəxslər aşkar edilib.

Aşkar edilən qayda pozuntuları ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!